Ərdoğan-Bayden görüşünün detalları

Madriddə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Co bayden arasındakı görüşün detalları məlum olub.
UluTv.info xəbər verir ki, görüşü yaxından izləyən jurnalistlərin sözlərinə görə, toplantı müsbət ab-havada keçib. 1 saat 10 dəqiqə davam edən müzakirələr zamanı Bayden Türkiyənin tələblərinin yerinə yetirilməsi üçün səy göstərəcəyinə söz verib. Bayden bildirib ki, Türkiyəyə F-16 təyyarələrinin verilməsi üçün Konqresin razı salınmasına dair səy göstərəcəyini bildirib.
Jurnalistlərin sözlərinə görə, Ərdoğan müzakirə zamanı digər tələblərini də deyib. Bayden Ərdoğanın tələblərini dinləyib və ciddi etirazlar etməyib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info