SİRAQƏDDİNİN İNTİHAR HƏDDİNƏ ÇATDIRDIĞI QAZİYƏ ŞƏHİD STATUSU VERİLSİN!

Tanınmış yazar öz sosial səhifəsində Qazi Elvin Cəfərovun özünü yandırması ilə bağlı səbəbkara aid qısa fikirlərin bildirən məqalə dərc edib.

Həmin məqaləni olduğu kimi sizlərə təqdim edirik:

Siraqəddin Cabbarovu hələ bir neçə il əvvəl, Saatlı rayonuna başçılıq etdiyi vaxt sərt tənqid etmişdim. İcra Hakimiyyətinin hesabatında məruzə etmişdi ki, Saatlı rayonunun 14 yaşayış məntəqəsində yuxarı instansiyalara şikayət etməyi vərdişə çevirmiş adamlar var. Sorğu göndərib həmin yaşayış məntəqələrinin adlarını istəmişdim. Təsəvvür edin, Saatlı İcra Hakimiyyəti “Dərkənar” qəzeti redaksiyasına ünvanladığı cavab məktubunda utanmaz-utanmaz başçının vərdişkar demaqoqiyada suçladığı vətəndaşların yaşadığı 14 kəndin adını da sadalamışdı.
Məqalədən sonra Əflatun Amaşov həmkarlarımdan mesaj göndərdi ki, bəs onun rayonundan nə istəyirəm (O vaxt Saatlıdan deputat “seçilmişdi”). Cavabladım: “Mən Sabirabadlıyam, Saatlıdan evlənmişəm. Saatlı haradan onun rayonu oldu?”
Görünür, Cabbarov ümid edib ki, qazilər üçün də bir əndrəbadi şey fikirləşib deyəcək, iş bitəcək. Məsələn, hesabat məruzəsində yazacaq ki, Sabirabadda bəzi qazilər İcra Hakimiyyətindən diqqət və qayğı tələb etməyi vərdişə çeviriblər. Amma yox, bu həna o hənadan deyil.
Allah qazimiz Elvin Cəfərova rəhmət eləsin. Mərhuma şəhid statusu verilməsini dəstəkləyək.

Pünhan Şükür
Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info