Gələn kimi iki generalı çıxardı, iki generala görə özü getdi - Mehdiyevin vəzifə yolu

23 aprel 2018-ci ildə Azərbaycan Respublikası prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədri vəzifəsinə təyin edilən gömrük xidməti general-polkovniki Səfər Mehdiyev bu gün vəzifəsindən azad edildi.

Ulutv.info qaynarinfo-ya istinadən S.Mehdiyevin sədr təyin olunduğu gündən indiyənədək keçdiyi vəzifə yolunu təqdim edir.

S.Mehdiyev vəzifəyə gəldikdən 6 gün sonra Dövlət Gömrük Komitəsində iki generalı sərəncama göndərdi. Hava Nəqliyyatında Baş Gömrük idarəsinin rəisi, gömrük xidməti general-mayoru Sadiq Abduyev və Gömrük Hospitalının, Tibbi Xidmət İdarəsinin rəisi general-mayor Qədiməliyev Fikrət Gülverdi oğlu tutduğu vəzifələrdən azad edilərək, sərəncama göndərildilər.

İki generalın vəzifədən uzaqlaşdırılmasına səbəb həmin il "dərman mafiyası" başlığı altında hüquq-mühafizə orqanlarının gömrük xidmətində keçirdiyi əməliyyat idi.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info