“Wolt” kuryerləri etiraz edirlər: “Təhlükəli şəraitdə işləyirik” - VİDEO

“Wolt” çatdırılma şirkətinin kuryerləri şikayətçidir.

Belə ki, işçilər minimum ödənişlərinin iki manat olmasını tələb edirlər.

Həmçinin kuryerlər hava şəraiti və uzaq məsafəyə görə dəyişən ödənişlərini də ala bilmirlər.

Şikayətçi bildirib ki, yağışlı havada, təhlükəli şəraitdə işləyirlər.

Hüquq müdafiəçiləri bildiriblər ki, kuryerlər etiraz etməkdə haqlıdırlar. Çünki onların hüquqları ciddi şəkildə pozulur.
Hüquqşünas Sahib Məmmədovun sözlərinə görə, kuryerlər əmək müqaviləsi olmadan çalışırlar:

“Bu o deməkdir ki, həmin işçilər bədbəxt hadisələrdən sığortalanmırlar. Dövlət tərəfindən onların hüquqlarının müdafiə edilməsində də çətinliklər var. Çünki aqreqator şirkətlər kənarda oturublar və işəgötürən rolunu oynamırlar. Çoxlu sayda açıq qalan problemlər var. Onların həlli lazımdır və dövlətin müdaxiləsinə ehtiyac var”, - deyə o bildirib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info