Mənzillərin bir kvadratmetri 400 manata kimi bahalaşıb - VİDEO

Bakının mərkəzi hissələrində əmlaklar baha olsa da, onların qiymət artımı kənardakına nisbətən cüzi dərəcədədir.
Xezerxeber.az-ın məlumatına görə, bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O bildirib ki, bunun səbəbi şəhərətrafı ərazilərə nisbətdə mərkəzdəki evlərə və mənzillərə tələbatın az olmasıdır.

Ekspert əlavə edib ki, Abşeron rayonunda, Xırdalan və Sumqayıt şəhərlərində 3-4 il bundan əvvəl yeni tikili binalarda mənzillərin 1 kvadratmetri 700-800 manata satılırdısa, hazırda həmin ərazilərdə mənzillərin 1 kvadratmetrinin qiyməti 1100 -1200 manat arasında dəyişir. Amma Bakının mərkəzində mənzillərin 1 kvadratmetrinin qiymətində artım 10 faizə qədər olub.
Ekspert vurğulayıb ki, vətəndaşlar çıxarışı olmayan və ya müqaviləli şəkildə satılan hər hansı əmlakı alarkən onun haqqında ətraflı araşdırma aparmalıdırlar. Çünki bu, onları gələcəkdə baş verə biləcək mümkün risklərdən, dələduzluq hallarından qoruyacaq.

Elnur Fərzəliyev hesab edir ki, kapitallaşma baxımından da kənar ərazilərdən daşınmaz əmlak almaq daha sərfəlidir. Çünki müəyyən müddətdən sonra həmin əmlakların qiymətinin mərkəzə nisbətən daha çox artacağı gözlənir.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info