Turan İbrahimov: “Gələcəyi olan iki televiziya var və bunlar həmişə olacaq” - VİDEO

“Gələcəyi olan iki televiziya var və bunlar həmişə olacaq. Yəni dövlət atributları və ictimai baxış bucağının nümunəsi kimi, AzTV və İTV kanalı həmişə olacaq. Ənənəvi televiziyalardan beş il, altı il və yaxud da dörd il sonra iki televiziya qalacaq və cəmiyyətə bəs edəcək”.

Bunu İTV telekanalında yayımlanan “Dikdaban” verilişinin qonağı, aparıcı Turan İbrahimov deyib.

Teleaparıcı bildirib ki, bir zaman ictimai rəyə təsir edən qəzetlərin taleyini özəl televiziyalar da yaşayacaq:
“Bir vaxtlar bir milyonluq tirajı olan qəzetlər var idi, ictimai rəyə təsir edirdi. Sonra özəl televiziyalar çıxdı. Başladılar o qəzetdəkilər televiziyadakıları tənqid etməyə və bu proses davam etdi. Sonra saytlar çıxdı, saytlar çıxandan sonra qəzetlər yavaş-yavaş tarixə qovuşdu”.

Ətraflı süjetdə:

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info