Fərid Şərifov: Birinci xanım Mehriban Əliyeva Azərbaycan təhsilinə yüksək diqqət və qayğı nümunəsidir

Heydər Əliyev Fondu öz fəaliyyətini uğurla davam etdirir, xeyriyyəçilik missiyasını həyata keçirir. Məhz bu fəaliyyətinə görə fond ölkənin ictimai həyatında mühüm rol oynayan quruma çevrilmişdir.
Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətində elm və təhsilə qayğı xüsusi yer tutur.

Son 15 ildə ulu öndər Heydər Əliyevin ali ideyalarını yaşadan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə sanballı töhfəsini verən Heydər Əliyev Fondu Azərbaycan xalqının milli mədəniyyətinin, milli-mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətdə saflıq, nəciblik, xeyirxahlıq kimi dəyərlərin təbliğində müstəsna xidmətlərə malikdir. Heydər Əliyev Fondu ümummilli lider Heydər Əliyevin xeyirxah və nəcib əməllərini yaşatmaq üçün ictimai həyatın müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verir.
Xalqa xidməti həyat kredosuna çevirmiş böyük şəxsiyyətlər bunun müqabilində hər zaman təmənnasız olmuş, dar məqsəd güdməmişlər. Lakin, belə nəcib və xeyirxah insanların mənəvi yüksəliş və ucalığa xidmət edən çoxşaxəli fəaliyyətinin obyektiv dəyərləndirilməsi bəzən obyektiv tələbat kimi ortaya çıxır. Nəcib və tərəqqipərvər təşəbbüslərinə görə, hələ 2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülən, 2007-ci ildə "Qızıl ürək" beynəlxalq mükafatı, Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatı, "Əsrlərin xeyriyyəçiləri" Beynəlxalq Fondunun Yaqut Xaç ordeni ilə təltif olunmuş Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dövlət başçısı İlham Əliyevin 2009-cu il 5 may tarixli sərəncamı ilə "Heydər Əliyev mükafatı"na layiq görülməsi də onun əzmkar fəaliyyətinə verilən ən böyük qiymətdir. 2010-cu ildə isə Mehriban xanım Əliyeva Fransanın "Şərəf Legionu" ordeni və YUNESKO-nun "Qızıl Motsart" medalı ilə təltif olunmuşdur.
Qurumun 5 illik yubiley mərasimində iştirak edən dövlət başçısı İlham Əliyev çıxışlarında demişdir: Qısa müddətdə böyük layihələri uğurla gerçəkləşdirməyə müvəffəq olmuş Heydər Əliyev Fondunun cəmiyyətdə böyük inam və etimad qazandığını razılıqla qeyd etmişdir: "Son beş il ərzində Heydər Əliyev Fondu, sözün əsl mənasında, ümumxalq fondu olmuşdur. Bu fondun xətti ilə aparılan işlər, görülən tədbirlər, irəli sürülmüş təşəbbüslər göz qabağındadır. İstər təhsil, istər səhiyyə sahəsində, mədəniyyət sahəsində, mənəvi irsin qorunması işində, Azərbaycanın dünya birliyində təbliğ edilməsi işində, Azərbaycanın olduğu kimi təqdimatı işində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgün şəkildə çatdırılması işində Heydər Əliyev Fondunun rolunu çox yüksək qiymətləndirirəm. Bu fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. Bu fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən: "Xoş niyyət" - deyərdim. Çünki bütün sahələrdə biz bunu görürük".

Heydər Əliyev Fondu qısa müddət ərzində həyata keçirdiyi böyük layihələrlə dövlətin təhsil strategiyası çərçivəsində qarşıya qoyduğu bir sıra vacib planların gerçəkləşdirilməsinə də töhfəsini vermişdir. Mehriban xanım Əliyevanın ictimai fəaliyyətinin əsas prioritetləri sırasında elm və təhsilin mühüm yer tutması da qətiyyən təsadüfi deyildir. Azərbaycanın gələcəyinin təhsilli insanların çiyinləri üzərində qurulacağını böyük uzaqgörənliklə vurğulamış ulu öndər Heydər Əliyevin ideyalarını əldə rəhbər tutaraq onların gerçəkləşdirilməsinə çalışan fond 6 illik fəaliyyəti ilə cəmiyyətdə maarifçilik xəttinin güclənməsinə təkan vermişdir.
Bu sahəyə yönələn diqqət və qayğının hansı məqsəddən qaynaqlandığını, xalqın, dövlətin gələcəyi baxımından necə böyük əhəmiyyət kəsb etdiyini isə xüsusi vurğulamağa ehtiyac yoxdur. Elmin, təhsilin dinamik inkişafı, milli-mədəni irsin mənfi təsirlərdən qorunması, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, bugünün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişməsi yolunda məqsədyönlü işlərin görülməsi, ilk növbədə, həqiqi vətənpərvərlikdən irəli gəlir. Yalnız səmimi vətənpərvərlik hissi, Vətən sevgisindən qaynaqlanan təmənnasız, pak hisslər insanı olduqca çətin, lakin xalqın və dövlətin gələcəyi baxımından müstəsna əhəmiyyətli işləri həyata keçirməyə sövq edə bilər. Bu baxımdan Heydər Əliyev fondunun prezidenti, Azərbaycan Respublikasının 1-ci vitse prezidenti və Azərbaycanın 1-ci xanımı Mehriban Əliyevanın elm və təhsilin tərəqqisinə əlahiddə münasibəti onun fəal vətəndaş mövqeyində dayanmasının, nümunəvi vətənpərvərliyinin əyani ifadəsidir.
Fondun maarifçilik sahəsindəki fəaliyyəti hansısa konkret çərçivə ilə məhdudlaşmır - məktəb tikintisindən tutmuş, təhsil proqramlarının həyata keçirilməsinədək geniş spektri əhatə edir. Qısa müddət ərzində uğurla gerçəkləşdirilən bu layihələr cəmiyyətdə böyük rezonansa səbəb olmuş, rəğbət və etimadla qarşılanmışdır.

Azərbaycanın zəruri ehtiyaclarını nəzərə alan Heydər Əliyev Fondunun yeni məktəb tikintisi, mövcud orta ümumtəhsil müəssisələrinin əsaslı təmir və bərpası istiqamətində həyata keçirdiyi tədbirlər də son dərəcə təqdirəlayiqdir. İctimai əsaslarla fəaliyyət göstərən fondun ümummilli mənafelərə hesablanmış tədbirlərin həyata keçirilməsində cəmiyyətdən ciddi mənəvi-maddi dəstək alması görülən işlərin miqyasını, dinamikliyini və səmərəliliyini daha da artırır.
Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu strateji məqsəd Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurulması, milli təhsil modelinin gerçəkləşdirilməsinə maddi-texniki və intellektual zəmin formalaşdırılmasıdır. Şübhəsiz, təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan bu məqsədlərə nail olmaq qeyri-mümkündür. Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı I Dövlət Proqramında da yeni məktəblərin inşası məsələsinə xüsusi diqqət ayrılırdı. Heydər Əliyev Fondu həmin proqram çərçivəsində müvafiq hakimiyyət strukturlarının həyata keçirdiyi işləri də qabaqlayaraq, bölgələrdə mədəni-intellektual səviyyənin yüksəlməsində yaxından iştirak etmişdir.

"Həyatda elə şəxsiyyətlər var ki, onların adının çəkilməsi ilə bir anda gördüyü işlər göz önündə canlanır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da xalq tərəfindən sevilən belə şəxsiyyətlərdəndir. Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti kimi təhsil sahəsinə geniş diqqət və qayğı göstərməkdədir. İctimai fəaliyyətlərdə təhsilin inkişafına və gənclərin potensialını artırmağa töhfə isə ilə tanınır, incəsənət və elmi sahələrdə peşəkar hazırlıq, gənc talantların dəstəklənməsi kimi sahələrdə fəaliyyət göstərir. Həyatının başlıca amalı məhz xeyirxahlıq və xoş niyyət olan birinci xanımın adı çoxşaxəli fəaliyyəti, insanlarla ünsiyyəti ilə sanki bir vəhdət təşkil edir.Mehriban Əliyevanın təhsil, səhiyyə, mədəniyyət sahələrində reallaşdırdığı genişmiqyaslı layihələr, istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda həyata keçirdiyi tədbirlər bu nəcib əməllər sahibinin hərtərəfli bilik və bacarıqlara malik olduğunu göstərir. Mehriban xanımın fəaliyyəti uşaqlardan tutmuş yaşlı insanlara kimi - əhalinin bütün təbəqələrini əhatə edir”.

Təhsillə bağlı reallaşdırılan irimiqyaslı tədbirlər Mehriban Əliyevanın dünya insanının savadlanmasına xidmət etməklə hansı ölkədə yaşamasından asılı olmayaraq insanlara bir addım yaxın, faydalı olmaq məqsədini özündə ehtiva edir. Və onu təkcə bizlər deyil, digər ölkələrdə reallaşdırdığı layihələrdən bəhrələnən insanlar da özünün doğması kimi qəbul edir. Birinci xanım artıq hamının MEHRİBANI olmağı bacarıb. Azərbaycanın birinci xanımı bütün dəyərli vaxtını, enerjisini məhz insanların nicatına, rifahına, firavanlığına xidmət edən layihələrə yönəldir.

Mən Fərid Şərifov bildirmək istəyirəm ki və hesab edirəm ki, Azərbaycan elm və təhsilinin davamlı inkişaf etməsində, həmçinin uğurlarla inkişaf etməsində Azərbaycanın birinci vitse prezidenti və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti və çox böyük rolu vardır. Qeyd etmək istəyirəm ki, Azərbaycanın birinci vitse prezidenti və birinci xanımı Mehriban Əliyeva Azərbaycan təhsilinə yüksək diqqət və qayğı nümunəsidir.

Hörmətli Mehriban xanım Xalq sizin mərhəmətinizi, diqqətinizi, qayğınızı sevdi. Sizə vətənə xidmət yolunda və vətənimizin dövlətimizin güclənməsi və inkişafı yolunda fəaliyyətinizdə və işlərinizdə bol bol uğurlar arzulayıram, Ömrünüz uzun olsun, Tanrı sizi və ailənizi qorusun Mehriban xanım.

Son olaraq qeyd etmək istəyirəm ki:

O Xalqımızın, Bizim Mehribandır.

Mehriban xanım mən sizi öz doğmam kimi bilirəm, siz mənim əzizimsiniz, həmçinin sizi öz xalam, bibim kimi çox istəyirəm.

Hörmətlə YAP üzvü, Xətai Rayon İcra Hakimiyyətinin könüllüsü, İDEA İctimai Birliyin üzvü və könüllüsü, Birinci vitse prezident Mehriban xanım Əliyevanın könüllüsü, QEYD Sosial Maarifləndirmə İctimai Birliyin üzvü, Güvən Xeyriyyə ictimai Birliyin üzvü, Ulutv.İnfo xəbər portalının və Bakunews.az xəbər portalının əməkdaşı, Nərgiz Fondunun əməkdaşı, Nərgiz Jurnalının əməkdaşı Fərid Şərifov







Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info