Zaqatalada qaydalara riayət etməyən sürücülər barəsində tədbir görülüb - FOTO

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək yol-
nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə şəhər ərazisində tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, sürücülük hüququ və dövlət qeydiyyat nişanı üzərində olmadan avtomobil idarə edən, eləcə də digər qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunub. Yol polisi qanunvericiliyin tələbləri barədə onlara ətraflı məlumat verib və barələrində inzibati protokol tərtib edib. Baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdiriləcək.







Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info