“WhatsApp”da çoxdan gözlənilən yenilik

“iOS” əməliyyat sistemi üçün "WhatsApp" tətbiqində audio və video mesajların qeyd rejimləri arasında əl ilə keçid etməyə imkan verən yeni funksiya əlavə edilib.

"Unikal"ın məlumatına görə, tətbiqdə audio və video mesajlar üçün nişanların yerləşdiyi panel dəyişdirilib.

Tətbiqin yeni versiyasında mikrofon və ya kamera ikonasına kliklədiyiniz zaman istədiyiniz qeyd metodunu - audio və ya videonu əl ilə seçməli olduğunuz menyu görünəcək. Eyni zamanda, əvvəllər messencerin istifadəçiləri "ikona"nın üzərinə klikləməli idilər ki, o, audiodan videoya və geriyə keçsin.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info