Bərdədə çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb, fəaliyyəti məhdudlaşdırılıb - FOTO

Bərdədə fəaliyyət göstərən “Tural” çörək istehsalı müəssisəsində yoxlama keçirilib.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Daxil olan vətəndaş müraciəti əsasında Bərdə rayonu, Bərdə-Tərtər yolunda yerləşən, fiziki şəxs Cəmil Cabbar oğlu Cabbarova məxsus “Tural” çörək istehsalı müəssisəsində agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Baxış zamanı qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativlərə cavab vermədiyi aşkarlanıb, həmçinin müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.



Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info