Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi

Tanınmış jurnalist Səbuhi Məmmədlinin sağ ayağı amputasiya edilib.

Ulutv.info bildirir ki, bu barədə Lent.az-a M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, əməliyyat bu gün həyata keçirilib və jurnalistin sağ ayağı da amputasiya edilib. Bundan əvvəl isə onun sol ayağı amputasiya edilmişdi.

Hazırda jurnalistin durumu normal qiymətləndirilir.

Xatırladaq ki, S.Məmmədli diabet və dialez xəstəsidir.

Qeyd edək ki, Səbuhi Məmmədli Lent.az saytının əməkdaşıdır.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info