Vinnitsada azərbaycanlıların da mülkləri dağılıb, son statistika açıqlanıb

Rusiyanın ötən gün raket atəşləri nəticəsində Vinnitsa şəhərinin mərkəzində dağıntıların növbəti nəticələri açıqlanıb.

Ulutv.info report-a istinadənVinnitsaya ezam olunan əməkdaşının sorğusuna cavab olaraq şəhər meriyası hadisə ilə bağlı yeni rəqəmləri açıqlayıb.

Belə ki, ötən gün Vinnitsada Rusiya tərəfindən atılan silsilə raket zərbələri nəticəsində 183 nəfər yaralanıb ki, onlardan 3-ü azyaşlı olmaqla 82-si ağır vəziyyətdədir. 24 nəfər həlak olub ki, 3-ü azyaşlı uşaqlardır. 18 nəfər isə itkin düşüb. Ərazidə azərbaycanlılara məxsus 3 mağaza dağılaraq tamamilə yararsız hala düşüb.

Qeyd edək ki hazırda xilasedicilər dağıntılar altında itkin düşənləri axtarırlar. Bildirirlər ki, yaralılar arasında ölənlərin olacağı istisna edilmir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info