Sumqayıt və Ağsu Qaz İstismar idarələrinə yeni rəislər təyin ediliblər

Sumqayıt Qaz İstismar İdarəsinin rəisi Vəli Sadıqov vəzifəsindən azad olunub.

“Report”un yerli bürosunun məlumatına görə, o, Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi təyin edilib.

V.Sadıqovun yerinə isə Zaqatala Regional Qaz İstismar İdarəsinin rəisi Sübhi Bayramov təyinat alıb.
Məlumatı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev təsdiqləyib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info