Texniki baxışdan yayınmaq üçün müxtəlif üsullara əl atan sürücülər aşkar ediliblər - VİDEO

DİN-in Baş DYP İdarəsinin Müayinə Mərkəzinin əməkdaşları tərəfindən idarə etdiyi yük avtomobilinin dövlət qeydiyyat nişanlarına müdaxilə edən sürücülər aşkarlanıblar.

Bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.

Məlum olub ki, həmin sürücülər qanunvericiliyin tələblərini pozaraq, “Zil” markalı nəqliyyat vasitəsinə təhkim olunmuş 62-BD-589 dövlət qeydiyyat nişanlarında “9” rəqəmini boya vasitəsilə dəyişərək “8” rəqəminə çevirib və 01-BM-688 qeydiyyat nişanlı “KamAZ” markalı nəqliyyat vasitəsinin qeydiyyat nişanına palçıq sürtərək görünüşü çətinləşdirib. Hər iki sürücü Baş Dövlət Yol Polisi İdarəsinin Xüsusi Taqımının əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, bu kimi halların yol hərəkəti qaydaları əleyhinə olan inzibati, həmçinin cinayət xarakterli hüquqpozmaların qarşısının alınması və aşkarlanmasında, foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanan qayda pozuntuları ilə bağlı elektron qərarların çıxarılmasında ciddi çətinliklər yaratdığı, bununla yanaşı törədilmiş inzibati xətaya aidiyyəti olmayan şəxslərin haqlı narazılığına səbəb olduğu dəfələrlə qeyd edilsə də, təəssüf ki, hələ də məsuliyyətdən yayınmaq üçün belə uğursuz cəhdlər edən şəxslərə rast gəlinir.

Bütün bunları nəzərə alaraq, bir daha avtonəqliyyat vasitələrinin sahiblərinə və sürücülərinə müraciət edərək bildiririk ki, dövlət qeydiyyat nişanlarına müdaxilə etmək qanunazid əməldir və inzibati məsuliyyət yaradır.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info