Polis mənə nə edəcək ki? ŞİRVANDA CADUGAR QADIN MEYDAN OXUYUR... - VİDEO

Şirvan şəhərində cadu işləri ilə məşğul olan qadın peyda olub.

Bu barədə "Den.az"-ın qaynar xəttinə gələn şikayətdə bildirilir.

Vətəndaşlar iddia edirlər ki, cadu işləri ilə məşğul olan xanımın adı Zərifədi. O, sakinləri aldadaraq pul qarşılığında dua yazır və ya cadu işləri görür.

Hətta qadının yayılan səs yazısında bir xanıma ərinin işləməsi üçün ona dua yazır və cadu edir.Qadın isə onun bu çirkin əməlindən narazı qalıb.

"Səni təmizliyə çıxartdım. Ərinə sevgini qaytardım. Ərin getdi işləmədi gəldi mən nə edib ona. Əgər sənə pis nəsə yazmışamsa Allah mənim bəlamı versin. Sən kimi, kimlə qorxudursan? Polis mənə nə edəcək ki? Polis özü bun işə icazə verib. Evimi qoymuşam satlığa gedirəm Bakıya"- deyə sakinlərə cadu etməkdə ittiham edilən qadın bildirib.

Zərifə adlı xanım hətta Şirvan şəhər İcra Hakimiyyəti rəhbərliyinin də onun işindən xəbərdar olduğunu deyib.

Bundan narazı qalan xanımlardan biri isə hətta Polisə şikayət etdiyini bildirib...


Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info