Natavan Babayevanın yarımçıq qalan arzusu və rəfiqələrinin peşmanlığı - VİDEO

Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.

Bu yaxınlarda xərçəng xəstəliyindən vəfat edən teleaparıcı Natavan Babayevaya həsr olunan verilişdə həmkarları və rəfiqələri onunla bağlı xatirələrini bölüşüblər.

Rəfiqələrinin sözlərinə görə, uzun müddət xərçənglə mübarizə aparan N.Babayeva son anına qədər sağalacağına ümid edirmiş.

Onlar teleaparıcının yarımçıq qalan arzusundan da bəhs ediblər:

“Arzusu var idi. Ev tikdirirdi. Türkiyədən sağ-salamat qayıtsaydı, həmin evdə yaşayacaqdı”.
Verilişdə mərhum jurnalistin oğluna dediyi son sözlərdən də söhbət açılıb:

“Canını tapşırdığı vaxt belə övladını yanına çağırararaq deyib ki, dərslərini yaxşı oxu”.

Daha ətraflı süjetdə:

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info