Rusiyadan idarə edilən onlayn qumar ‘’Fastloto’’ artıq oyunçularına ödəniş etmir

Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə qanunlar sərtləşdirilərək qumarxana və mərc oyunları tamamilə ölkədə qadağan edildi. Lakin 2022-ci ildən başlayaraq sürətlə Azərbaycan əhalisi arasında örtülü şəkildə ONLAYN LOTO oyunları reklam edilməyə başlanıldı. Artıq populyar hal alan bu oyunlar hər defə adlar dəyişdirməklə yeni adlarla sürətlə oyunçu toplamağa müvəffəq olmaqdadırlar. ‘’Fastloto’’ adı ilə məşhurlaşan Loto oyunuda məhs bunlardan biridir. Oxucularımız arasındada bu oyunu oynayanlar var.

Bu gün redaksiyamıza bildirilən məlumata görə, ‘’Fastloto’’ artıq uduşları çoxaltsada ödənişləri etməkdən imtina edir. Rusiyadan idarə edilən bu oyunların təşkilatçıları Azərbaycan qanunları ilə cəzalandırılmayacaqlarına görə çox rahatdır. Belə ki, Azərbaycan bank kartlarından istifadə edən bu şəxslər ölkə daxilində olan əməkdaşlarının sayəsində milyonlarla pul dövriyəsi ilə məşğuldur. Onların hesab nömrələrinin bir çoxu artıq bizə məlumdur. Lakin gündə 10 dəfəyə yaxın kart dəyişən və eyni kartı hər oyunçuya göndərmədən təşkil edilən bu oyunun qaydaları sanki izlərini itirmək məqsədli olduğundan xəbər verir.

Gecə saatlarında yüksək məbləğ udan lakin bu təşkilat tərəfindən udduğu uduşun ödənmədiyin bildirən vətəndaş qeyd edirki, bu şəbəkə oyunlarını bir çox qızların vasitəsi ilə cəmiyyəti alışdırır. Onların burdakı əsas partnyorları qızlardan və ən yaxın adamlarından ibarətdir. ‘’Fastloto’’ təşkilatı “+7-980-202-30-30” RUSİYA operatoruna məxsus WHATSAPP nömrəsindən istifadə edərək bank kartı göndərir və ödəniş etdikdən sonra ödənilən məbləğin çekinin onlara göndərilməsini tələb edirlər. 30 dəqiqə içində göndərilməyən çek daha sonradan qəbul edilmir.

Əgər internetiniz göndərdiyiniz yerdə olmasa məbləğindən asılı olmayaraq vaxt məhdudiyyəti səbəbindən əlinizdə çekinizin olmasına baxmayaraq pulunuz mənimsənilir. Son günlər isə ‘’Fastloto’’ istifadə edərək pul qazanacağın düşünənlərin ard-arda udduqları müşahidə edilsədə ödənişlər sahiblərinə ödənmir. Bir çox xarici şirkətləri qurduğu labirint oyunlarının eynisi və vətəndaşların əllərində olanlarının tam şəkildə sömürülməsi icra edilməkdədir. İmkanlı şəxslərin bu oyunlardan istifadə etmədiyi aydın məqamdır. Demək burada uduzanda udanda kasıbdır. Arzu ilə qatılıb bədbəxt halda ‘’Fastloto’’-dan ayrılır.

Məsələ ilə bağlı digər halların mövcud olduğunu və araşdırmalarımızda bu şəxslərin hesab nömrələri sizlərə təqdim etmək məqsədi ilə gələn yazımızda hesabların kimlərə məxsus olduğunu aşkar edərək sizlərə təqdim edəcəyik.

Araşdırmamız davam edir. Bizi izləməyi unutmayın.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info