Azərbaycanda dərman zavodlarının açılışı dərman qiymətlərinə necə təsir edəcək? - VIDEO

Pirallahı rayonunda yeni istifadəyə verilən dərman zavodu daxili bazarda qiymətlərin tənzimlənməsinə kömək edə bilər.

Bunu millət vəkili Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə hazırda ölkəmizdə dərman vasitələrinə olan təlabat demək olar ki, idxal əsasında qarşılanır.

Rəşad Mahumov hesab edir ki, bu sahədə atılan addımlar yaxın gələcəkdə istər təhlükəsizlik, istərsə də keyfiyyətlə bağlı yaranan problemlərin aradan qalxmasına təsir edəcək.

Millət vəkili bildirib ki, hazırda azərbaycanda dərman vasitələri qonşu ölkələrlə müqayisə 3-4 dəfə baha satılır.

“Yeni zavodun fəaliyyətə başlaması yerli dərman vasitələrinin istehsalını artıracaq. Bu da yerli dərman vasitələrinin bazara daha ucuz qiymətə çıxarılmasına kömək edə bilər.”

Millət vəkili əlavə edib ki, dərman vasitələrinin qeydiyyatı ilə bağlı görülən tədbirlər də qiymətlərin enməsi ilə nəticələnəcək.

Qeyd edək ki, zavodda müxtəlif adlarda, geniş çeşiddə və müxtəlif həcmlərdə venadaxili dərman məhlulları istehsal olunacaq. Müəssisənin illik istehsal gücü 20 milyon litrdir. Ölkəmizin bu dərmanlara olan illik tələbatı təxminən 15 milyon litrdir. (Xezerxeber.az)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info