Parklanma yerlərini öncədən rezerv etmək mümkün olacaq? - AÇIQLAMA

“Parklanma yerlərini öncədən rezervasiya etmək mümkün olmayacaq”.

Oxu.Az xəbər verir ki, bunu parklanmanın idarəedilməsi üçün mobil tətbiqin təqdimatı zamanı çıxışında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

A.Rzayevin sözlərinə görə, öncədən parklanma yerlərinin bron edilməsi çətin prosesdir:
“Məhz bu səbəbdən parklanma yerlərinin öncədən rezervasiyası mümkün olmayacaq. Qeyd edim ki, bu məsələ qanunvericilikdə də nəzərdə tutulmayıb”.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info