Azərbaycandan bu ölkəyə səyahət xərci ucuzlaşdı - VİDEO

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında viza rejiminin ləğvindən sonra iki ölkə arasında uçuşların sayı xeyli artıb. Bəs bu vəziyyət aviabilet qiymətlərinə də təsir edəcəkmi? Çünki Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanlıların ən çox üz tutduğu ölkələrdəndir.

FED.az xəbər verir ki, turizm üzrə ekspert Elgün Babayev deyir ki, Birləşmiş Ərəb Əmirliklərinə vizasız səyahət turistlərin xərclərini azalacaq.

Ekspertin sözlərinə görə, ucuzlaşma ilk olaraq turpaketlərdə özünü göstərəcək.

Eyni zamanda, bu ölkədən tranzit kimi istifadə etməklə Avropaya da sərfəli səyahət mümkün olacaq.

Ekspert qeyd edir ki, viza rejiminin ləğvindən sonra sentyabr ayı üçün müraciətlər kəskin çoxalıb. (Xezerxeber.az)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info