Məhkəmə Rasim Məmmədovla bağlı qərar çıxardı

“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

UluTv.info bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

Qeyd: Rasim Məmmədov DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinib. 14 il azadlıqdan məhrum edilib. Bundan əlavə onun Bakı Oksford Məktəbinin binası da daxil olmaqla 70 milyonluq əmlakı müsairə olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Rasim Məmmədovun həbs müddəti 3 ay azaldılıb.

Hökmün müsadirə olunmuş əmlaklarla bağlı hissəsindən Böyük Britaniya şirkəti Baumant Sales LLP –də şikayət vermişdi. Şirkət iddia edir ki, ittiham olunan şəxsə məxsus “Baku Non Ferrous And Foundry Company”nin müsadirə olunması onların maraqlarına toxunur. Belə ki. şirkətin onlara 15 milyon 689 min dollar borcu var. Həmin vəsait də “Baku Non Ferrous And Foundry Company”ə kredit kimi verilib.

Məhkəmə xarici şirkətin də şikayətini əsassız hesab edib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info