MÜƏLLİMLƏRİ TƏNQİD EDƏN NAZİR ÖZ YAZISINA 6 DƏFƏ DÜZƏLİŞ ETDİ… – FOTO

Təhsilə 30 ildir ki, xidmət edən iki qurum – Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyi imtahan iştirakçılarını yalnız tənqid edir. Axı sizin özünüz də heç bir imtahandan keçə bilmirsiniz. Siz normal elektron xidmətləri göstərə bilmirsiniz. Adını da qoyursunuz müraciət edənlər çoxdur. Belə absurd fikir olmaz. 100 nəfər ixtisas seçimi üçün müraciət edib, sistem çöküb.

Tribunainfo.az yazır ki, bu fikirlərlə təhsil eksperti Kamran Əsədov çıxış edib. O bildirib ki, Elm və Təhsil Naziri müəllimlərin düzgün yaza bilmədiyini söyləyir, ancaq özü 1 statusa 6 dəfə düzəliş edib. Zəlzələ statusundan sonra gülüş “smailiki” qoyub:

“Hər iki qurumun fəaliyyəti aldıqları maliyyə dəstəyindən dəfələrlə aşağı keyfiyyətlidir. Bu iki qurumun bərbad xidməti nəticəsində insanlar xarici ölkələrdə təhsilə üstünlük verir”.



UluTv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info