`Texniki Universitet İŞİ` də bir ayrıca hüquqi araşdırma mövzusudur...

"Azərbaycan Texniki Universitetinin (AzTU) təcrübəli müəllimlərindən bir qrupu yenə də yalnız universitetimizdə deyil, həm də ölkəmizin aşağıdan yuxarıyadək bütün təhsil sistemində yaranmış vəziyyətlə və bu vəziyyətin nəticələri olan faktlarla Respublika ictimaiyyətinə, əlaqədar
rəsmi dövlət təşkilatlarına və vəzifəli şəxslərə müraciət etmək məcburiyyətindədir".

Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: "Sual oluna bilər: “Tərtər işi” adı ilə tanınan hadisələrin təhsilimizə nə dəxli var? 4-5 il əvvəl əhali arasında əvvəlcə pıçapıçla şayiələr, sonra isə daha ucadan söhbətlər
yayılmağa başladı ki, ordumuzda əsassız olaraq bir çox əsgərlər və zabit kadrlar düşmənlə əlbir olmaqda, casusluqda, satqınlıqda, vətənə xəyanətdə günahlandırılaraq, görünməz işgəncələrə məruz qalmış, ittiham edilərək, həbs edilmiş, müxtəlif müddətdə həbs cəzasına məhkum olunmuşlar. Hətta
işgəncələrə dözməyərək, ölənlər də olublar. Doğrusu adamın bunlara inanmağı gəlmirdi, bu xəbərlərin düşmən şayiələri və təxribatları olmasını, ordumuzu ləkələmək məqsədi ilə yaydıqlarını düşünürdük. Amma sonra reallıq bu şayiələrdən daha dəhşətli oldu. Müxtəlif kütləvi informasiya vasitələrində, internet saytlarında bu hadisələr haqqında adlar göstərilməklə konkret faktlar, ayrı-ayrı məhkəmələr və araşdırmalar haqqında məlumatlar dərc olunmağa başladı. Məlum oldu ki, heç bir əsas olmadan öz oğullarımıza qarşı, o cümlədən 2016-cı il aprel döyüşlərinin qəhrəmanlarına
qarşı, günahsız əsgər və zabitlərimizə qarşı reallıqda daha dəhşətli ədalətsizliklər, insan ağlına sığmayan qəddarlıqlar baş verib, onlardan 15-20 nəfəri isə hətta işgəncələrə dözməyərək, həlak olublar. Sonra bu cinayətlər araşdırılaraq, ədalət bərpa edilib, günahsız insanlara bəraət verilərək,
həbsdən azad olunublar. Məlumdur ki, bu hadisələr indi kütləvi məlumat vasitələrində “Tərtər işi” adı ilə adlandırılır. Aydındır ki, bu işlər elə-belə, təsadüfi, kortəbii surətdə baş verməyib, mütəşəkkil qrup tərəfindən məqsədli və planlı şəkildə həyata keçirilib. Məqsəd isə ordumuzu zəiflətmək, onun
mübarizə əzmini və inamını qırmaq, torpaqlarımızın azad edilməsinin qarşısını almaq olub. İndi ölkəmizdə heç kim üçün sirr deyil ki, bu mütəşəkkil cinayətkar qrupun başında kim dayanıb. Onun ordumuzun keçmiş baş qərargah rəisi olduğu, ona göstərişlərin haradan gəldiyi, onun hansı dövlətin
siyasi maraqlarını təmsil etdiyi indi hamıya məlumdur. Onun cinayətkar əmr və göstərişlərini isə çox yüksək səviyyəli zabitlərin yerinə yetirdiyi və onların da adları məlumdur. Keçən müddətdə artıq bir çox digər məsələlərə də aydınlıq gəlib. Yəni müzəffər Ali Baş
Komandanın rəhbərliyi altında ordumuz 44 günlük müharibədə torpaqlarımızı azad etdikdən, Rusiya-Ukrayna müharibəsinin artıq 16 aydır ki, davam etməsindən və demək olar ki, 3-cü Dünya müharibəsi həddinə çatmaqda olmasından, Rusiyanın keçmiş imperiyasını bərpa etmək planlarının
aydınlaşmasından, xəyanətkar cənub qonşumuzun maskasını ataraq, əsl sifətini üzə çıxarmasından və Azərbaycana qarşı açıq təxribatlara keçməsindən, Fransanın da ermənipərəst sifətinin aşkara çıxmasından sonra ölkəmiz ətrafında gedən siyasi proseslərin əsl miqyası üzə çıxmışdır. İndi
aydındır ki, ölkəmizə qarşı həyata keçirilən siyasi təxribatların miqyası bizim əvvəl təsəvvür etdiyimizdən daha genişdir və daha mütəşəkkildir. Burada əsas faktor Rusiyanın keçmiş imperiyanı bərpa etmək yolunda sözdən işə, real addımlara – silahlı mübarizəyə keçməsidir və heç kim üçün
sirr deyil ki, ordumuzdakı sözügedən təxribatların da təşkilatçısı məhz Rusiya olmuşdur. Həm də heç kim üçün sirr deyil ki, ölkəmizə qarşı bu siyasi təxribatlar və gizli mübarizə yalnız hərbi və siyasi sahədə deyil, digər strateji əhəmiyyətli sahələrdə də aparılır. Həmin sahələrdə
uzun müddət bu təxribatlara və gizli mübarizəyə başçılıq etmiş, Şimal qonşumuzun gizli maraqlarını təmsil etmiş, ölkəmizdə Rusiyanın 5-ci kolonuna rəhbərlik etmiş insanın da adı indi hamıya məlumdur – Ramiz Mehdiyev. Ramiz Mehdiyevin uzun müddət hansı vəzifəni tutduğu və
hansı səlahiyyətlər sahibi olduğu haqqında da danışmağa ehtiyac yoxdur. O, həmin vəzifədən kənarlaşdırılaraq, bir müddət Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini tutsa da, sonra bu vəzifəni də tərk etsə də, sirr deyil ki, hələ də onun komanda üzvləri və vəzifələrə
gətirdiyi şəxslər müxtəlif strateji əhəmiyyətli strukturlarda səlahiyyət sahibidirlər və Şimal qonşumuzun maraqlarını təmsil etməkdə davam edirlər".

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

UluTv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info