Rəfael Mehrəliyev yola salınır, onun mülkləri müsadirə olunaraq, həbs oluna bilər... - Əli Həsənova hədiyyə etdiyi 4 mərtəbəli möhtəşəm bina..DE-FAKTO

Rəfael Mehrəliyev yola salınır, onun mülkləri müsadirə olunaraq, həbs oluna bilər... - Rəfael Mehrəliyevin Prezidentin sabiq köməkçisi Əli Həsənova hədiyyə etdiyi 4 mərtəbəli möhtəşəm bina..

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfael Mehralıyev adi bir məmur olması, ancaq buna baxmayaraq nazirlər, komitə sədrləri səviyyəsində əmlaka, mülklərə, sərvətə malik olması barədə dəfələrlə yazılıb.
Dəfələrlə bu sərvətin mənbəyini göstərmişik. Çünki Rəfael Mehrəliyev kənardan adi məmur kimi görünsə də onun tabeçiliyindəki qurumların siyahısı GƏL-GƏL deyir.
Təsəvvür edirsiniz bu adamın tabeçiliyində 14 qurum var.
Oxucunu yormamaq üçün onlardan bəzilərini qeyd edək:
Rayon Mənzil-Kommunal Təsərrüfatı Birlikləri, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti, Bakı Şəhər Yollarının İstismarı İdarəsi, İnzibati Binaların İstismarı İdarəsi, Xüsusi təyinatlı Avtonəqliyyət İdarəsi, Təchizat və Komplektləşdirmə İdarəsi, Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsi və daha nələr....
Özünüz gördünüzmü, Rəfael Mehrəliyev hətta küçədəki sahibsiz itlərdən, pişiklərdən də pul qazanır.
Yəni uzun-uzadı yazmadan qeyd edək ki, Bakı boyda şəhərin Mənzil Təsərrüfatı İdarəsi bu adamın əlindədir.
Bütün bunlar azmış kimi, Rəfael Mehrəliyev Bakının səkilərini, dalanlarını neçə illərdir təmir edə-edə gəlir.
Və ən əsası “Baksovet”in balansında olan sovet dövründən qalan bütün köhnə idarə və müəssisələrin yerlərini ələ keçirib.
Bakı şəhərinin özündə və ətrafında sovet dövründən qalan və işləməyən xeyli sayda fabrikin, zavodun və sexlərin ərazisini, torpağını, binalarını Mehrəliyev kağız üzərində çoxdan özününküləşdirib.
Rəfael Mehrəliyevin başqa bir əməlindən bəhs edək.
Deməli, müxtəlif illərdə iğtişaş törədən və ölkədən qaçan Mahir Cavadova, Rəsul Quliyevə və başqalarına məxsus mükləri, obyektləri, torpaq sahələrini Rəfael Mehrəliyev ya pulla alıb, ya da müxtəlif vasitələrlər ələ keçirib. Misal olaraq, Fəhlə prospektindəki bir çox obyektləri göstərə bilərik.
Rəfael Mehrəliyev təkcə Bakı ilə kifayətlənməyib, Abşeron rayonunda böyük mülklərə, bağ evlərinə, iri ticarət obyektlərinə sahiblənib.
Ümumiyyətlə, Rəfael Mehrəliyevin özünün və qohum-əqrəbasının adına olan mülklərin, evlərin, obyektlərin siyahısını saymaqla qurtaran deyil.
Amma onu da qeyd edək ki, Rəfael Mehrəliyev özündən böyük məmurlara yarınmağı da yaxşı bacarır.
Belə ki, H.Cavid prospektində tikdiyi 4 mərtəbəli binanı Prezidentin sabiq köməkçisi Əli Həsənova hədiyyə edib.
Bina da nə bina…Az qala dil olub dillənir…dil olub danışır..
Bir sözlə, Mehrəliyev köhnə və təzə Bakını ala-ala, zəbt edə-edə gedir. Və doymaq bilmir.
Köhnə dayanacaqları, ( stoyanka), avtoservisləri, hətta köhnə hamamları, JEK binalarının zirzəmisini…ələ keçirib.
Bu adam deyəsən havalanıb, göylə gedir. Və onun barəsində yazılanlara əlinin dalı ilə cavab verir və deyir ki, o boyda bloqqer Mehman Hüseynov barəmdə yazdı nə oldu ki, bunlar da yazsa, nə olacaq…
Rəfael Mehrəliyevə Gündəlik-Bakı olaraq xəbərdarlıq edirik ki, biz sənin barəndə sonadək yazacağıq, inanırıq ki hökümətimiz də sənin barəndə çox ciddi tədbirlər görəcək.
Ancaq Rəfael Mehrəliyev barəsində yazdıqlarımızın Bakının meri Eldar Əzizovun müsbət işlərinə dəxli yoxdur. Onun fəaliyyəti bəyənilir. Ancaq dostlarımızdan xahişimiz budur ki, siz bu məsələyə qarışmayın, kimsə bizdən Mehrəliyevlə bağlı xahiş etməsin…
İndi isə təkrarçılıq olsa da Mehrəliyevlərin biznes imperiyasının cüzi bir hissəsini təqdim edirik.
1. Nərimanovda Bakı klinikasının yanında 16 sot torpaq sahəsi.
2. Həmin klinikadan 200 metr qabağa 14 sot torpaq sahəsi, hazırda 15 milyona satışa çıxarılıb
3. İnqilab küçəsində, TQDK ilə üzbəüz milyonluq tikililər, Rəşid yeznənlə bağlı obyektlər
4. Papanində Kontakt Home mağazalar şəbəkəsinə ayı 25 min manata icarəyə verdiyin obyekt
Türkiyədə Rəfail Mehralıyevin özünün, qardaşının və qardaşı arvadının adına şirkətlər…
Türkiyənin reyestr məlumatlarında hazırda dövlət məmuru olan Rəfael Mehralıyevin özünün, qardaşının və qardaşı arvadının adına şirkətlər olduğu qeyd edilib.
Mehralıyevlərə məxsus olduğu bildirilən “AZAR İnşaat Yol Yapı Taahhüt Ticaret Sanayi ve Limited” şirkətinin nizamnamə kapitalı 9 milyon türk lirəsidi. Səhmlərdəki payı 2 milyon 800 min olan Mehralıyevin digər ortağı Almas Səfərovanın payı 2 milyon 200 min, digər ortaq Mualla Küfrevioğlunun payı isə 4 milyon türk lirəsidir. Yeri gəlmişkən, Almas Səfərova Mehralıyevin həyat yoldaşıdır.((Gündəlik-Bakı.com)
P.S. Görəsən, hansı kommersant əsgərlikdən qayıdanda anasını ginekoloqa aparıb?

UluTv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info