83 yaşlı təqaüdçü nəvəsini öldürüb

Rusiyanın Vladimir şəhər məhkəməsi 38 yaşlı nəvəsini öldürməkdə təqsirləndirilən 83 yaşlı yerli sakini həbs edib.

Ulutv.info milli.az-a istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Təqaüdçü barəsində cinayət işi başlanıb. İstintaqın məlumatına görə, iyulun 9-da axşam saatlarında qohumlar bağ ərazisində istirahət ediblər. Spirtli içkidən sərxoş olan baba ilə nəvə bir-birlərinə köhnə incikliklərini xatırlayaraq mübahisə etməyə başlayıblar.

Bundan sonra təqaüdçü bıçağı götürərək qohumunun sinəsinə vurub və o, aldığı yaradan yerindəcə dünyasını dəyişib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info