Mingəçevirdə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib

Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 saylı orta məktəbdə “Narkomaniya və digər zərərli vərdişlərə yox deyək” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev “ağ ölüm”ün cəmiyyətdə yaratdığı fəsadlar, insanların sağlamlığına vurduğu zərərlər barədə ətraflı məlumat verib, gənc nəslin sağlam böyüməsində ən vacib amillərdən birinin də narkomaniya ilə mübarizə və onun profilaktikası olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edənlər də ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən söz açıb və məktəbliləri maraqlandıran sualları cavablandırıblar.





Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info