Ağcabədidə həyətdəki su quyusundan qızıl tapılıb?

Yayılan məlumatlara görə, Ağcabədi rayonunun Hacılar kəndində kənd sakini su quyusu qazarkən həyətindən külli miqdarda qızıl aşkarlanıb. Mediada yayılan xəbərlərə görə, həmin qızıl Kəlbəcərdən axan və kəndin ərazisindən keçən çay vasitəsi ilə gələrək Hacılarda çökək bir ərazidə baş verib.

Ulutv.info milli.az-a istinadən bildirir ki, Hacılar kəndinin icra nümayəndəsi Ramil Əliyev publika.az-a açıqlamasında deyib ki, həmin hadisə indi yox, iki il əvvəl baş verib:

"Hadisənin indi baş verməsi həqiqətə uyğun deyil. Bu, 2 il əvvəl olmuş hadisədir. O vaxt gəlib baxdılar, gördülər ki, su quyusundakı qızıl deyil, başqa metaldır. Kimsə həmin xəbəri sosial şəbəkələrdə yenidən paylaşıb və belə anlaşılmazlıq yaranıb. O vaxt kənd sakini qapısında su quyusu qazarkən gözünə parıltı dəyib. Həmin vaxt aidiyyatı qurumlara məlumat verilmişdi, polislər də gəlmişdi. Araşdırdılar, gördülər ki, qızıl deyil. Hazırda həmin ev yiyəsizdir. Yiyəsi də Bakıda yaşayır. Yəni, elə bir şey yoxdur. Tapılan isə qızıla bənzəyən bir əlvan metal idi, amma qızıl deyildi. O vaxt dedilər ki, güya, Kəlbəcərin qızılıdır, torpağın altı ilə axıb gəlib".

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info