"Ağsuda "Azəri Qaz"ın rəisi qadına borcu qarşılığında görün nə təklif etdi..." - VİDEO

İlkin məlumatlarda bir vəzifəli şəxsin hansı etiq qaydalara əsasən deyildiyi addımlara yol verməsi məsələnin bilinməyən tərəfi kimi qalmaqdadır. Hazırda məsələnin ilkin məlumatlarını sizə təqdim etməklə daha sonra hansı mövqe sergilənəcəyinədə toxunacağıq. Ulutv.info olaraq bir qanın hansısa müəsisə rəhbərindən əxlaqsız təklif almasını bizdə qəbulana bilmədik. Hazırda ona etibar edilmiş vəzifəsindən və imtiyazlarından sui-istifdə hallarına yol verilməsi heç cür bağışlanası durum olmadığından ittihamdan qabaq qarşı tərəfidə dinləməyi çox istərdik. Lakin məsələyə münasibət öyrənmək üçün heç cür müəsisə rəhbərinin nömrəsini əldə edə bilmədik. Şikayətçinin şikayətini dərc edərək msələyə qarşı tərəfin özünün münasibət bildirməsini gözləməli olacağıq.

Ağsu rayon sakini Niftəliyeva Məsmə Xeyrədin qızı redaksiyamıza müraciət edərək yaşadığı ərazinin "AZERİ QAZ" İB-nin rəisi Həbib Quliyev tərəfindən əxlaqsız təklif edilməsi barədə məlumat verib. Məlumatda qeyd edilir ki, "H.Quliyev onun keçmiş borcuna görə onun məşuqəsi olmağı təklif edib". Hadisənin təfərüatın danışan Məsmə xanım bildirir ki, 35 manat borcu olduğu halda O, işdə olduğu zaman yerli qurumun ona bildirmədən mənzilin sayğacını dəyişib. Bu halı görən M.Niftəliyeva dərhal "Azəri Qaz" İB-nin Ağsu rayon Qİİ-nin rəisin qəbuluna gedib. M.Niftəliyeva qəbulda olarkən ailənin az təminatlı olmasını bildirmiş və ailənin tək istilik qaynağı olan qazın elektron sayğac qoyulması ilə dayandığını bildirmişdir. M.Niftəliyevanın bildirdiyinə görə, Müdir onun borcunun silinməsi qarşılığında vədlər verərək ona yaxınlıq təklif edib.

Bu vəzifəli şəxsin tutduğu mövqeydən istifadə etməsi halına yolverməsi birmənalı qarşılanmayıb. Ağsu üzrə əməkdaşlarımızında şikayətçi ilə görüşməsindən məlum olub ki vəzifə sahibi etdiyi təklifdən utanmaq və ya geri durmaq niyyətli deyil. Məsələ ilə bağlı həmkarımızın idarəyə yaxınlaşmasıda müdiriyyət tərəfindən aqresiya ilə qarşılanıb.

Aparılan çəkilişdə də gördüyünüz kimi bir rəisin vətəndaşlarla davranışı onun tutduğu mövqedən nə cür istifadə etməsindən xəbər verir. Hazırda rayonda media və qurum rəhbəri arasında yaranan insidentdəndə görsənir ki, Həbib Quliyev tutduğu əməlindən heçdə peşiman deyil. Onun xanıma qarşı etdiyi təklif və azyaşlı körpələri qoyduğu durumda göz önündədir. Məsələ ilə bağlı Həbib Quliyevlə əlaqə saxlamağa çalışdıq lakin heç cürə əlaqə yarada bilmədik. Odur ki Məsələyə aydınlıq gətirilməsi məqsədi ilə qarşı tərəfin mövqeyni dinləməyə hər zaman hazırıq.

Baş vermiş insidentlə bağlı məsələ diqqətimizdədir. Bizi izləməyi unutmayın.

Araşdırmamız davam edir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info