Abid Qafarov həbs olunub.

"Bakı Birlik Təşkilatı" İctimai Birliyinin sədri, KİM.TV Youtube kanalının aparıcısı Abid Qafarova qarşı xüsusi ittihamı qaydasında şikayətə baxılıb.

Ulutv.info milli.az apa-ya istinadən bildirir ki, Yasamal rayon Məhkəməsində keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, Abid Qafarov 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Abid Qafarova qarşı Vətən müharibəsi veteranları Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırıb.

A.Qafarov "Tərtər işi" ilə bağlı çıxışları ilə tanınır.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info