"Bank əməkdaşı vətəndaşı nalayiq ifadə ilə təhqir etdikdən sonra onu "razborkaya çağırdı"" - İDDİA

Prezident İlham Əliyevin sərəncamıına əsasən Bankların vətəndaşlara qarşı zor tətbiq etmələrinə görə məsuliyyət yaranmaqdadır. Hər bir qərarın verilməsi ixtiyarı isə məhs Məhkəmə orqanlarına həvalə edilmişdir. Əgər vətəndaş və ya iş adamı götürdüyü kreditlə bağlı hər hansı Bankla problem yaşayırsa bu məsələnin həlli yalnız məhkəmədə həl edilməlidir. Lakin qısa müddət əvvəl və daha sonra eyni vətəndaş iki dəfə bank əməkdaşı tərəfindən psixoloji şiddətə məruz qalıb deyə vətəndaş qeyd edib.

Ulutv.infoya verilən məlumatda qeyd edilir ki, vətəndaşa Bank əməkdaşıının (012 310-...-...) banka məxsus telefonla zəng açmış və kreditin ödənməsini tələb etmişdir. Vətəndaş Xəlilov Həsənağa Yaşar oğlu isə imkanının olmadığını bunu ödəyə bilməyəcəyini bildirib. Fazil adlı Bank əməkdaşı isə vətəndaşa qarşı nalayiq ifadələr işlətməyə başlayıb. Bunu həzm edə bilməyən vətəndaş qanuna müraciət edib. Daxili işlər nazirliyinin qaynar xəttinə zəng edərək təhqirə məruz qaldığın bildirib. Daha sonra Bankdan zəng edərək H.Xəlilovdan üzr istənilib və əməkdaşın daxili qaydalar çərçivəsində cəzalandırıldığı bildirilib. Bank vətəndaşa ödəyə bilmədiyi məbləği yeni qrafiklə bölgü təklifi edərək ödəməsinə imkan yaratmaq təklifi edib. H.Xəlilov təklifi qəbul edib və bölgü bölünəndən sonra bankın yenidən borcun üzərinə faiz qoyaraq bölgü apardığını görüb. Və imkanı olmadığı üçün yenidən ödənişdə problem yaranıb.

Ulutv.info xəbər verir ki, bankın cəzalandı dediyi əməkdaş yenidən vətəndaşa mobil (051-252-83-..) nömrəsindən yığaraq krediti ödəməsini tələb edib. Vətəndaşda konkret ödəməyə imkanın olmadığını və qanun çərçivəsində ödəniş etmədiyi üçün banka məni məhkəməyə verin ödəyə bilmirəm deyib. Məhs bundan fonra Bank əməkdaşı Fazil etiq qaydalara məhəl qoymayaraq təhqirə başlayıb deyə H.Xəlilov bildirir. Fazil ona tuta bilmədiyin sözü niyə verirsən ki indidə bu ödənişi etməkdən imtina edirsən deyə bildirib. H.Xəlilov isə Fazil bəy siz bank işçisisiz, bankın sahibi deyilsiz qanun var, qayda var ödəyə bilmirəm bank müraciətini məhkəməyə etmək ixtiyarı var bu səlahiyyətindəndə istifadıə etsin demiş və mənim hansı sözü tutub hansın tutmayacağımın məsələsinidə özüm qərar verirəm siz mənim fikirlərimə müdaxilə etmək ixtiyarınız yoxdur deyədə əlavəsin edib. Bank əməkdaşı o zaman tuta bilmədiyin sözləri ged evindəkilərə ver deyə etiqadan kənara çıxıb. bu səfər isə vətəndaş dahada əsəbləşib və sənin nə ixtiyarın sahibisən ki mənimlə telefonda bu cür danışırsan deyə bildirib. Fazildə gəl mən sənə kimliyimi göstərəcəm harda nə vaxt istiyirsən gəl görüşək deyə vətəndaşı "razborkaya dəvət edib" telefon danışığını kriminal hesablaşmağa qədər gətirən bank işçisi hansısa məmur qohumudur ya bankın verdiyi imtiyazlar hesabına bu cür vətəndaşları dava görüşlərinə ünvan bildirməsihələdə mənə qaranlıq qalan amildir deyə Xəlilov qeyd edir.

Ulutv.infoya verilən məlumata görə, Xəlilovun yaşlı və sağlamlığı yerində olmayan anasına zəng edərək oğlunuzu düzgün tərbiyə edə bilməmisiz göndərin mən onu tərbiyələndirim deyədə hədə ilə danışması Xəlilovun anası tərəfindən qeyd edilir.

Vətəndaş isə məsələnin təfərüatlı izah edərək imkanım yoxdur işsizəm ona görə ödəyə bilmirəm deyə bidirir. Bundan sonra əməkdaş "Aldığı kreditə görə vətəndaşın anasınada zəng edərək ağır ifadələr işlədib...". Bank əməkdaşının bu qədər irəli getməsi və səlahiyyətindən çıxması bankın hansı daxili qayda və qanunları ilə tənzimlənməsi hələdə müəmmadır. Çünki heç bir banka Azərbaycan Respublikasının qanunları ixtiyar vermir ki, kredit və ya borcalan tərəfin şərəf ləyaqətini alçaltmaq, hədə-qorxu gəlmək kimi cinayət əməli hesab edilən addımlar atsın. Nəhayətində bu sözlər H.Xəlilovun bildirdiyi iddiasıdır. Lakin biz media olaraq qarşı tərəfidə dinləmək borcumuzu icra edə
cəyik.

Hazırda vətəndaş vəkil tutaraq Məhkəməyə müraciət etmək üçün hazırlıqlar apardığınıda qeyd edir.

Məsələnin bəlkədə bir yanlış anlaşılma olduğunu və vətəndaş şəxsin normal rəftarından özü əsəbi olduğu üçün onun kobud rəftar etdiyin düşünüb fikri ilə qarşı tərəf olan Fazil bəyədə söz haqqı verdik. Məsələdə adı çəkilən şəxs Fazilə məxsus telefon nömrəsinə yığaraq bank əməkdaşına özümüzü təqdim etdikdən sonra vətəndaşın şikayətinə görə narahat etdiyimizi bildirdik. Lakin vətəndaşın bizə danışdığı kimi şəxs çox sərt şəkildə bayram olduğunu və bizə cavab vermək məcburiyyətində olmadığını bildirdi. Siz polisisz məni narahat edirsiz deyədə sualından qalmadı. Lakin vətəndaş bankda işləməsinə baxmayaraq media əməkdaşına qarşıda eyni vətəndaşın ifadə etdiyi ton və rəftarından geri durmamaqdadır. Yenədə buna baxmayaraq Vətəndaşın və adı çəkilən qurumun münasibət bildirmək hüququ tərəfimizdən təmin ediləcəkdir.

Araşdırmamız davam edir.

Kənan
Ulutv.info

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info