Övladlarını ifrat təmiz saxlayan valideynlərin DİQQƏTİNƏ: “Uşağa xeyirdən çox ziyan verir” - FOTO

“Uşaqları ifrat dərəcədə təmiz saxlamaq, əslində, onların immun sistemlərinə xeyirdən çox ziyan vurur. Uşaqlar müəyyən bir yaş dövründə gərək mikroblarla təmas etsin ki, immun sistemləri güclənsin”.

Ulutv.info oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov nazirliyin “Instagram” səhifəsindən sualları cavablandırarkən deyib.



Pediatrın sözünə görə, mikroblarla hər dəfə təmas zamanı orqanizm həmin mikroblara qarşı mübarizə reaksiyası formalaşdırır:

“Ona görə də hər şeyi steril etmək tövsiyə edilmir. Bədən mübarizə aparmır və passivləşir. Orqanizm özü ilə mübarizə aparmağa başladığı zaman uşaqlarda müxtəlif allergik problem ortaya çıxır. Bununla yanaşı pintilik də olmaz, bu zaman da mikroblar çoxalar. Bu məsələdə tam orta yolu tapmaq önəmlidir. Əgər uşaqlar tez-tez xəstələnirsə, bu zaman onu dərin həkim yoxlamasından keçirmək tövsiyə edilir. Bəzi uşaqlarda immunitet çatışmazlığı dediyimiz hal ola bilir. Belə bir durum varsa, valideynlər uşaqları necə qoruyur-qorusun xəstələnirlər”.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info