Mingəçevirdə hərbçi su anbarında boğuldu

Mingəçevir su anbarında çimən şəxs boğulub.

Ulutv.info-nun “unikal”a istinadən məlumatına görə, hadisə Mingəçevir su anbarındakı çimərliklərdən birində baş verib. 1995-ci il təvəllüdlü Goranboy rayon sakini Bayramov Namizəd İsrayıl oğlu suda çimərkən boğularaq ölüb.

Meyit Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Dalğıc Axtarış qrupu tərəfindən sahilə çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Namizəd Bayramovun müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info