Bakıda başı sobada yanan kişi öldü

Bakıda bir neçə ay əvvəl yanıq xəsarəti alan kişi ölüb.

Ulutv.info-nun lent.az-a istinadən məlumatına görə, Nizami rayon sakini 69 yaşlı Zalov Heydər Mərdan oğlu bu ilin fevral ayında sobanın üzərinə yıxılıb.

Nəticədə o, başından ağır dərəcəli yanıq xəsarətləri alıb. Yaralı dərhal Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Zərərçəkmiş bir neçə ay burada müalicəsini davam etdirib. Lakin bütün müalicələrə baxmayaraq, o, iyulun 11-də həmin xəstəxanada ölüb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info