"Zəngilana köçmək bu otuz ildə yaşadığım ağrıları unutdurur" - FOTO

Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsi davam edir.


Sentyabrın 7-də Abşeron rayonunun Masazır kəndindəki "Zəngilan" şəhərciyindən növbəti köç karvanı yola salınıb.

Ağalı kəndinə köçənlərin sırasında olan Şıxnəsib Mahmudov təəssüratlarını Ulutv.info trend-ə istinaden 25 paylaşıb.

"Bu gün çox sevincliyik, çünki doğma yurdumuza qayıdırıq. Biz neçə ildir ki, bu günləri gözləyirdik. Bu günə görə ilk növbədə şəhid analarına, şəhid atalarına, Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna minnətdaram. Sevincimi ifadə etmək mənim üçün olduqca çətindir", - Ş.Mahmudov vurğulayıb.

Ağalı kəndinə bu gün köçməyə hazırlaşan Məhəmməd Mənsumov Trend-ə deyib ki, Zəngilanın işğaldan azad edilməsi xəbərini eşidəndə keçirdiyi hisləri ifadə etmək qeyri-mümkündür.

"Səbirsizliklə kəndimizə köçəcəyim günü gözləyirdim. Nəhayət həmin gün yetişdi. Zəngilana köçmək bu otuz ildə mənə yaşadığım bütün ağrıları unutdurur. Mənə bu sevinci yaşatdıqlarına görə, Azərbaycan Ordusuna və Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevə təşəkkürümü bildirirəm",- deyə M.Mənsumov bildirib.

Qeyd edək ki, bu gün Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə daha 63 nəfər - 12 ailə köçürülüb.

Ulutv.info

Məqaləyə dair fotomateriallar:

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info