Sərnişinin səhhəti pisləşdi, təyyarə Bakıda enməli oldu

"Malaysia Airlines" aviaşirkətinə məxsus London-Kuala-Lumpur reysini həyata keçirilən hava gəmisinin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi (ürəktutması) səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.


Ulutv.info milli.az-a istinaden xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Təyyarə yerli vaxtı ilə saat 06:25-də Bakı hava limanına eniş edib.

Sərnişinə tibbi yardım göstərilib və onun Bakıda tibb klinikalarından birinə yerləşdirilməsinə qərar verilib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info