Bakıda səkinin qanunsuz zəbt edilməsinin qarşısı ALINDI - FOTO

Ötən gün sosial şəbəkədə Nərimanov rayonu Təbriz küçəsində, “Metropark” Ticarət Mərkəzinin yaxınlığında yeni yaşayış binası tikintisi zamanı binanın qarşısının genişləndirilməsi və səkinin zəbt edilməsi barədə məlumat yayılıb.

Məsələ barədə Nərimanov Rayon İcra Hakimiyyətindən oxu.az-a verilən açıqlamada bildirilib ki, məsələyə operativ şəkildə reaksiya verilib.

Belə ki, rayonun kommunal xidmətləri tərəfindən həmin əlavə tikinti sökülüb, hazırda ərazi təmizlənir, tikinti materialları daşınır.







Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info