Dünyanın ən hündür bayraq dirəyi artıq Azərbaycana gətirilib

Türkiyənin "Çimtaş" şirkəti tərəfindən hazırlann dünyanın ən hündür bayraq dirəyi artıq Azərbaycana gətirilib.

Ulutv.info trend-ə istinadən bildirir ki, Bakıda dirək platformasının ümumi hündürlüyü 191 metr olan dünyanın ən hündür bayraq dirəyinin quraşdırılması prosesi aparılır.

Dirək əsasından yuxarıya qədər diametri 5,7 m-dən 2 m-ə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək, fırlanan seqmentdən ibarət olacağı gözlənilir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info