Balakəndə dayanma-durma qaydalarını pozan sürücülər barəsində qanunamüvafiq tədbir görülüb

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dayanma-durma qaydalarını pozmaqla digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olan sürücülərin müəyyən edilməsi məqsədilə profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən nəzarət tədbirləri zamanı ikinci cərgədə, avtobus dayanacaqlarında,səkilərdə, eləcə də müəyyən olunmayan digər yerlərdə avtomobillərini saxlayan sürücülər aşkar edilib. Onlarla izahedici söhbətlər aparılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb.





Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info