Ev iti uşağı öldürdü

Rusiyada Krasnoyarskda ev iti beş yaşlı uşağı öldürüb.

Ulutv.info milli.az-a istinaden bildirir ki, bu barədə İstintaq Komitəsinin regional idarəsinin saytında məlumat verilib.

Mayın 18-i axşam saatlarında it bağsız olanda atası uşağı həyətə buraxıb. Heyvan beş yaşlı uşağa hücum edərək onu yerə yıxıb - azyaşlı baş, boyun, gövdə və əzalarından aldığı xəsarətlərdən ölüb.

Müstəntiqlərin sözlərinə görə, heyvanın hücumu zamanı uşağın anası işdə olub. İti evin ərazisində qoşqusuz saxlayıblar, heç kim ona təlim keçməyib.

Uşağın it saxlayan 50 yaşlı atasına qarşı cinayət işi açılıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info