Səfər Mehdiyevin polis tərəfindən saxlanılması VİDEOsu yayıldı

Yol polisinin Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxladığı anın görüntüləri yayılıb.

Ulutv.info qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə vaxtı Səfər Mehdiyev idarə etdiyi "Mercedes Galendevagen" markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib. Özünü general-polkovnik Mehdiyev kimi təqdim edən Səfər Mehdiyev onu saxlayan polisə "Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən" deməsi görünür.

Yol polisi isə cavabında ona "Cənab general, nömrədə yazılmır axı kimdir sürən?! Bizə deyiblər ki, siqnal olmaz" deyə bildirir.

Daha sonra Gömrük Komitəsinin sabiq rəhbəri avtomobilinə əyləşərək uzaqlaşıb.

Qeyd edək ki, görüntülər Səfər Mehdiyev DGK sədri olarkən çəkilsə də, bu gün ictimailəşib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info