QMİ sədri: "Özünü döymək, qan çıxarmaq, zəncir vurmaq Aşura ənənələrinə ziddir"

"Özünü döymək, qan çıxarmaq, zəncir vurmaq Aşura ənənələrinə ziddir".

Ulutv.info report-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

"Bu gün Aşura günündə mənimlə bərabər, digər dinlərin nümayəndələri də qan verir. Bu o deməkdir ki, Azərbaycanda heç bir dini ayrı-seçkilik yoxdur. Bəzi insanların İmam Hüseynin adından istifadə edərək İslamın daxilində ayrıseçkilik yaratması düzgün deyil. İnsanlar gəlib bir yerdə İmam Hüseyni yad etmək istəyirlərsə, onlar ruhən sakit olmalıdırlar", - o bildirib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info