Azərbaycanda dini konfessiyaların nümayəndələri qan verib

Aşura günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsində (QMİ) qanvermə aksiyası keçirilib.

Ulutv.inforeport-a istinadən xəbər verir ki, aksiyada QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə, idarə əməkdaşları və ölkəmizdə fəaliyyət göstərən konfessiyaların nümayəndələri iştirak ediblər.

Tədbirdə Kərbəla şəhidləri ilə yanaşı, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda və əzəli torpaqlarımızın işğaldan azad olunmasında canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info