Zabux sakini: "Bizə dedilər ki, evləri yandırmayın, amma..."

Laçın və Zabux kəndində məskunlaşdırılmış ermənilər Xankəndidə deyil, Ermənistanda yaşamaq istəyirlər.

Ulutv.info teleqraf.com-a istinadən bildirir ki, onlara evlərini tərk etmək üçün avqustun 25-dək vaxt verilib.

Separatçı "Dağlıq Qarabağın ərazi və infrastruktur naziri" Hayk Xanumyan Laçın və Zabuxu tərk edən ermənilərə evlərini yandırmamaq "tapşırığı" verib.

"Amma biz evləri yandıracağıq, çünki içimiz nifrətlə doludur. Bizim ordumuz, dövlətimiz məhv edilib. İndi bizə terrorçu kimi baxırlar. Burada qalsaq türklər bizi məhv edəcəklər. Boş yerə burada qalıb ölmək istəmirik"

Qeyd edək ki, Zabux kəndindən ümumilikdə 204 sakin təxliyə olunacaq.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info