Vətən müharibəsi qazisinə sinir nəqli edilib, barmaqlarının funksiyası bərpa olunub

Vətən müharibəsi qazisi Hüseynov İbrahimə sinir nəqli edilib.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan Ulutv.info-ya report-a istinadən verilən məlumata görə, əməliyyat institutun direktoru Elviz Qasımovun rəhbərliyi ilə əməliyyat travmatoloq-cərrah Tofiq Abdullayev tərəfindən icra edilib.

"Ağdərə istiqamətində gedən döyüş zamanı Hüseynov İbrahim aldığı qəlpə yarası nəticəsində sol topuq nahiyyəsində sinir zədələnməsi baş vermişdir. ETTOİ-nin həkim müayinəsi nəticəsində sol tibial sinirin köhnə zədələnməsi, sinir deffekti, nevrinoma diaqnozu qoyulmuşdur. Bunun nəticəsində sol ayaqda şiddətli ağrılar, hissiyyatın itməsi və barmaqlarda hərəkətsizlik yaranmışdır. Sağ ayaqdan alınan sinir götürülərək, sol ayağa transplantasiya edilmişdir. 7 saata yaxın davam edən əməliyyatın ilk nəticəsi barmaqlarda hərəkət funksiyası bərpa olunmuşdur. Bundan sonrakı bərpa həkim nəzarətində davam etdiriləcək", - institutundan bildirilib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info