“Müharibə veteranlarının reyestrinin aparılması Qaydası” təsdiq edilib

“Müharibə veteranlarının reyestrinin aparılması Qaydası” təsdiq edilib.

Ulutv.info apa-ya istinadən xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Bu Qayda “Veteranlar haqqında” qanuna uyğun olaraq hazırlanıb və müharibə veteranlarının reyestrinin formalaşdırılmasının, aparılmasının, inteqrasiyasının və arxivləşdirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Reyestrin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info