24 dəfə əməliyyat edilən qazi ata oldu

Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd, Suqovuşan istiqamətində qəhrəmancasına döyüşən, aldığı xəsarətlər səbəbilə 24 dəfə əməliyyat olunan Ayxan İsayev ata olub.

TƏBİB-dən Ulutv.info-ya milli.az-a istinadən verilən məlumata görə, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu tərəfindən qazi Ayxan İsayevin həyat yoldaşı Bahar İsayeva hamiləlik müddətində xüsusi nəzarət altında olub.

Hamiləlik müddətində müxtəlif problemlərlə qarşılaşan B.İsayeva bir neçə dəfə stasionar şəkildə İnstitutda müalicəsini davam etdirib. Daha sonra isə xəstəyə davamlı ambulator müalicələr tətbiq olunub.

Onların çəkisi 2 550 qram, boyu 48 sm olan sağlam oğul övladı dünyaya gəlib.



Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info