"Qadını aborta məcbur edən ər və qayınanadır"

Mama-ginekoloqun sözlərinə görə, ölkədə qız uşaqlarına olan münasibət əvvəlki illərə nisbətən dəyişib:

"Cəmiyyətdə dünyaya baxış dəyişib, amma marifləndirmə tədbirləri durmadan aparılmalıdır. Qadınlar tərəfindən heç vaxt cinsiyyətə görə abort istəyi olmur. Çünki ana üçün övladın cinsinin fərqi yoxdur. Daha çox kişilər, qayınana tərəfindən tələb olunur ki, iki qız uşağından sonra mütləq oğlan doğulmalıdır. Bu zaman ailədə təzyiqlər başlayır, qadın da məcburi şəkildə abort həyata keçirir və beleliklə selektiv abortların sayı artır. Övladın sağlam olmağı önə çəkilməlidir və cəmiyyətdə bunu formalaşdırmaq lazımdır. Abortlarla bağlı müraciət edəndə çalışıram ki, insanların yanaşmasını dəyişim. Hamiləliyin həftəsi nə qədər böyük olarsa, abortun fəsadı da o qədər böyük olar".

Həkim onu da bildirib ki, selektiv abortların bu saya çatması bir yox, bir neçə problemin cəmlənmiş formasıdır:

"İnkişaf etmiş ölkələrdə abortların sayı aşağıdır, çünki cəmiyyətdə qadınlara fərq qoyulmur. Həmin ölkələrdə valideyn düşünmür ki, qız uşağı ərə gedib əziləcək, cəmiyyətdə zəif biri kimi qiymətləndiriləcək. Əsas problemlərdən biri də erkən nikahlardı. Erkən nikahların sayını azaltmaq üçün tədbirlər aparılmalıdır. Selektiv abortlar birbaşa erkən nikahlara da bağlıdır. Qız uşaqlarını ali təhsildən yayındırıb, evliliyə cəlb etməməliyik. Dövlət tərəfindən də müəyyən dəstək olsa, bu sayların azalması üçün bir şey əldə etmiş olarıq. Ultrasəs müayinəsində cinsiyyətlə bağlı məlumat 20-ci həftədə verilərsə, abort istəyi daha da azalacaq. Cəmiyyətdə qadının rolu nə qədər yüksək olarsa, selektiv abortların sayı o qədər azalar".

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info