MSK-nın Nəzarət-Təftiş Xidməti yaradıldı

Mərkəzi Seçki Komissiyasının tərkibində yeni xidmət yaradılır.

Ulutv.info trend-ə istinadən xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında Nəzarət Təftiş Xidmətinin yaradılması məsələsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib..

Mərkəzi Seçki Komissiyası Nəzarət Təftiş Xidmətinin tərkibi müəyyən edilib.

Qərara əsasən Xidmətin rəhbəri Ramiz İbrahimov, üzvləri İlham Məmmədov, Tofiq Əsədov, Maliyyə Nazirliyinin, Vergi Xidmətinin nümayəndəsi, Hesablama Palatasının nümayəndələri qismində təsdiq edilib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info