“Netwoking Azerbaijan” Biznes Klubunun təşkilatçılığı növbəti tədbir keçirilib

Biznes klubundan Milli.az- a verilən məlumata görə, "PORT Wine and GRILL"-də baş tutan tədbirdə ölkənin biznes sahəsinin təmsilçilərini kiçik və orta sahibkarlıq subyektlərinin rəhbər və təmsilçiləri işirak edib."Netwoking Azerbaijan"-ın tərəfindən təşkil olunanan digər toplantılarda olduğu kimi, tədbirin əsas məqsədi sahibkarlar arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsindən ibarət olub.

Tədbir zamanı sahibkarlar, sərbəst mühitdə Azərbaycanın və dünyanın işgüzar aləmindəki son tendensiyaları canlı müzakirə etməyə, fikir və təcrübələrini bölüşüb. Azərbaycanın biznes ekosisteminin çoxsaylı təmsilçilərinin iştirak etdiyi tədbirdə Baku Translation şirkətinin təsisçisi Orxan Hacıyev qonaqları giriş sözü ilə salamlayaraq,sahibkarlıq subyektlərinin rəhbərlərinin görüşərək işgüzar əlaqələr qurduğu və fəaliyyətlərində irəliləyişə səbəb olan əməkdaşlıq perspektivlərini müzakirə etdiyi belə tədbirlərin iqtisadi inkişafda mühüm rol oynadığını qeyd edib.

"Networking Azerbaijan" biznes klubunun bütün tədbirlərində olduğu kimi, bu gecə də rahat ab-havada keçərək, iştirakçılarının yüksək əhval-ruhiyyəsini təmin edib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info