Səfər Mehdiyev özünün və bu generalların doğum yerini niyə gizlədir? - Fotofakt

DGK-nın saytında rəhbərlik bölümündə bəzi generalların doğum yeri qeyd olunmayıb.

Yenipress.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, digər rayonlardan, məsələn Yardımlı və Bakıda doğulan generalların doğulduğu ünvan qeyd olunsa da, Naxçıvandan olanların ünvanları məlumatda əks olunmayıb.

Belə ki, doğum yeri yazılmayan generalların avtobioqrafiyası ilə tanış olduqda, onların Naxçıvandan olduqları məlum olur.

Komitənin bu addımı sosial şəbəkədə kəskin tənqid olunub.

Qeyd edək ki, saytda DGK sədri Səfər Mehdiyevin doğulduğu yer barədə də məlumat qeyd olunmayıb.

UluTv.info




Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info